İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinın həyata keçirilməsi prioritet məsələlərdən biridir.

Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Azərbaycanın bir neçə beynəlxalq nəqliyyat dəhlizlərinin işə salınmasında və fəaliyyətində xüsusi rolu var və bu layihələrə xüsusi önəm verir. Bu layihələrdən Şimal-Cənub dəhlizini xüsusilə qeyd edə bilərik:

"Çin Xalq Respublikası ilə birgə olan "bir kəmər bir yol" nəqliyyat dəhlizi lahiyəsi də xüsusi əhəmiyyətə malikdir. Bu çərçivədə Bakı-Tbilisi-Qars dəmir yolu mühüm rol oynayır. Bildiyiniz kimi bu dəmir yolu 2017-ci ilin oktyabr ayında təhfil verilmiş bu xətt Avropa və Asiyanı birləşdirən ən ucuz, eyni zamanda iqtisadi baxımdan ən səmərəli bir nəqliyyat dəhlizinin bir hissəsidir".

.