44 günlük Vətən Müharibəsi dövründə işğal olunmuş ərazilərdə mədəni irsimizə qarşı törədilən vandalizm aktları, habelə Gəncə, Bərdə və digər yaşayış ərazilərinə raket hücumları ilə əlaqədar UNESCO və İSESCO-ya, BMT-nin Sivilizasiyalar Alyansına və 150 ölkənin Mədəniyyət Nazirliyinə müraciətlər ünvanlanıb. 

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Bununla yanaşı, müharibədən sonrakı dövrdə azad edilmiş torpaqlarda mədəni irsin vəziyyətinin müəyyənləşdirilməsi üçün həyata keçirilən ilkin monitorinqin nəticələrinə dair müvafiq hesabatların UNESCO-ya göndərilməsi təmin olunub.  

.