Aynur Camalqızının rəhbərlik etdiyi "Gündəlik Teleqraf” qəzeti fəaliyyətini dayandırıb.

Aznews.az-a istinadən xəbər verir ki, baş redaktor Taleh Şahsuvarlı artıq qəzetdən ayrılıb. Məlumata görə, qəzet bağlansa da, teleqraf.com saytı fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Aynur Camalqızının rəhbərlik etdiyi digər saytlarda - publika.az və axar.az-da kütləvi ixtisarlar aparılıb. Saxlanılan işçilərin maaşları azaldılıb.
.