Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda küçə və prospektlərdə yeni xətləmə və nişanlama işləri aparıb

Yenizaman bu barədə AYNA-ya istinadən xəbər verir.

Məlumata görə, Agentlik tərəfindən Bakının Heydər Əliyev prospektində 1 010 metrlik məsafədə qoşa xətt silinərək qırıq xətt ilə əvəz olunub, məlumat lövhəsi quraşdırılır.

Bundan başqa, Bakı dairəvi yolunda (Zuğulba yolu) 2 500 metrlik üfüqi nişanlanma xətti çəkilib.

Həmçinin, paytaxtın Mətbuat prospektində üfüqi nişanlanma xətləri işləri görülüb. Həsən bəy Zərdabi və Əhməd bəy Ağaoğlu küçələrində, həmçinin Zivər bəy Əhmədbəyov və Cəfər Cabbarlı küçələrində ndə işanlanma xətləri yenilənir. Bakının İstiqlaliyyət küçəsində və 8 Noyabr, Xocalı prospektlərində də işlər davam edir.

.