Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova avqustun 20-də konsert verəcək. 

Axşam.az-ın məlumatına görə, "Dalğa beach” istirahət mərkəzində baş tutacaq tədbirdə müğənni səhnəni Rəhim Rəhimli ilə bölüşəcək. 

"Show Aygün Rəhimli” adlanan tədbirdə A.Kazımovanı və R.Rəhimlini rəqqasə Oksana Rəsulovanın rəhbərlik etdiyi rəqs qrupunun müşayiət etməsi diqqət çəkib. 

Belə ki, A.Kazımova və Oksana uzun illərdir küsülüdür. Onların arasında mübahisəyə səbəb meyxanaçı Namiq Qaraçuxurlu olub. O.Rəsulovanın adı bir müddət Namiqlə sevgili kimi hallanıb. Həmin ərəfədə N.Qaraçuxurlu və Aygün Kazımova sevgili idi.

Qeyd edək ki, N.Qaraçuxurlu bu yaxınlarda məsələ ilə bağlı saytımıza açıqlama verərkən bunları demişdi:

"Oksana xanımın xətrini çox istəyirəm, gözəl dostumdur. Bizim ünsiyyətimiz lazımsız söz-söhbətlərə səbəb olurdu. Buna görə də bacardığımız qədər uzaq olmağa çalışdıq. Düşünün, bu şayiələr nə dərəcədə böyük idi ki, biz dostluğu bitirdik. Mənim üçün belə şayiələrin əhəmiyyəti yoxdur. Amma Oksana xanımdır, gələcəyi var idi. İstəmədim onun adına söz yayılsın. Uzun müddətdir əlaqəmiz yoxdur".

.