İran İslam Respublikasının lideri Ayətullah Əli Xamenei bazar günü Məsud Pezeşkianı yeni prezident kimi rəsmi olaraq təsdiqləyib.
Bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, mərasimin əvvəlində İranın daxili işlər naziri Əhməd Vəhidi növbədənkənar prezident seçkilərinin necə keçirildiyi barədə rəsmi hesabat təqdim edib və İran xalqına , idarə əməkdaşlarına seçkini uğurlu keçirmələrinə görə təşəkkür edib.
Ayətullah Xamenei daha sonra Pezeşkiyanın İran İslam Respublikasının 9-cu prezidenti elan edilməsi haqqında fərman verib.
Qeyd edək ki, Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da İran parlamentdə olacaq.
.