Bakıda xətt avtobusundan pul oğurlanıb.

Hadisə Binəqədi rayonu yerləşən Beynəlxalq Avtovağzalda qeydə alınıb.

Naməlum şəxs 91 saylı xətt avtobusunda sürücünün 60 manat pulunu oğurlayıb.

Binəqədi rayon Polis İdarəsinin Post-Patrul Bölüyü əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Bilal Əsədov tutulub.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.
 

.