Bu gün gecə saatlarında Xaçmaz rayonunun Nabran kəndində avtomobil qəzası zamanı Seyidli və Xuray kəndlərini qidalandıran tənzimləyici şkaf zədələnib.

Bu barədə "Azəriqaz” İB-dən bildirilib.

Verilən məlumata görə, nəticədə hər iki kəndin 180 abonenti qazsız qalıb. Qəzanı törədən avtomobil başqa kəndin ərazisində tapılıb.

Hazırda ərazidə qaz təchizatının bərpası işləri görülür.

.