Rusiyanın paytaxtı Moskvada ağır yol qəza hadisəsi yaşanıb.
Yenizaman.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, taksi fəaliyyəti göstərən avtomobil yolun kənarındakı tramvay dayanacağına çırpılıb.
Qəza nəticəsində xəsarət alanlar olub. Belə ki, biri uşaq olmaqla 10 nəfər yaralanıb. Onların vəziyyətləri barədə hələ ki məlumat verilmir. Hadisənin səbəbləri araşdırılır.
