Boliviyada avtobusun qəzaya uğraması nəticəsində 17 nəfər ölüb.
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  Vilyanson-La-Pas marşrutu üzrə hərəkət edən avtobus yol kənarındakı qayaya çırpılıb, sonra isə aşıb.
 
Ölənlərdən 9-u kişi, 8-i isə qadındır.
 
Bu, Boliviyada ilin əvvəlindən bəri ən böyük yol qəzasıdır. 
.