Avstraliya Ukraynaya 250 milyon dollar həcmində hərbi yardım göstərməyi planlaşdırır.
Yenizaman-ın “ABC News”a istinadən xəbərinə görə, bu barədə ölkənin müdafiə naziri Riçarld Marlz açıqlama verib.
O bildirib ki, sözügedən paket özündə hava hücumundan müdafiə sistemləri və idarəolunan raket kompleksləri, eləcə də digər xarakterli silah-sursatın və şəxsi heyət üçün ayaqqabıların Ukraynaya tədarükünü ehtiva edir.
R. Marlz onu da əlavə edib ki, ölkəsi bundan sonra da Ukraynanın hərbi təchizatını davam etdirəcək.
.