Avstraliya hökuməti Ukraynaya 73,4 milyon dollarlıq yeni maliyyə yardımı paketi açıqlayıb. Baş nazir Antonio Albanezenin sözlərinə görə, bu vəsait hərbi nəqliyyət və sursatların alınmasına sərf olunacaq.
Bu barədə Avstraliya mətbuat xidməti bildirib.
Baş nazir Albanese bildirib ki, Avstraliya Ukraynaya hərbi yardım göstərmək üçün beynəlxalq tərəfdaşlarına 110 milyon Avstraliya dolları (73,4 milyon ABŞ dolları) göndərəcək. O vurğulayıb ki, Ukrayna Avstraliyanın dəstəyinə arxalana bilər. Baş nazir qeyd edib ki, Avstraliya Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək.
.
