Avstraliya Xarici İşlər Nazirliyi 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişini alqışlayır.

Bəyanatda bunun Cənubi Qafqazdakı uzunmüddətli münaqişənin həlli yolunda mühüm və ümidverici addım olduğu vurğulanır.

Avstraliya ABŞ Prezidenti Donald Trampın bu müsbət irəliləyişin əldə olunmasındakı rolunu yüksək qiymətləndirib.

"Biz hər iki tərəfi mümkün qədər tez bir zamanda hərtərəfli sülh sazişinin imzalanmasına başlamağa çağırırıq", - bəyanatda deyilir.

Qeyd olunur ki, Avstraliya həm Azərbaycanın, həm də Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiqləyir.

.