
Futbol dünyanın ən möhtəşəm idman növlərindən biri olması ilə yanaşı, həm də böyük kapitalın cəlb olunduğu ən bahalı idmanlardandır. "Deloitte"şirkətinin analitikləri "Annual Review of Football Finance 2019/"adlı illik hesabatını təqdim ediblər. Hesabatda futbol sənayesində maliyyə tendensiyalarını nəzərdən keçirilib.
Sözügedən tədqiqat maliyyə baxımından sayca 28-ci futbol təhlilidir. Hesabatda qeyd olunduğu kimi, futbol klubları uğur əldə etmək üçün bütün mümkün vasitələrdən, o cümlədən maliyyə vəsaitlərindən istifadə edirlər.
Avropanın 8 ən varlı futbol çempionatları:
# | Ölkə çempionatı | 2017/2018 mövsümünün gəliri, mln. avro |
1 | İngiltərə Premyer Liqası | 5 440 |
2 | Almaniya Bundesliqası | 3 168 |
3 | İspaniya La Liqası | 3 073 |
4 | İtaliya A Seriyası | 2 217 |
5 | Fransa Liqa 1 | 1 692 |
6 | Rusiya Premyer Liqası | 813 |
7 | Türkiyə Superliqası | 731 |
8 | Hollandiya Erediviziyası | 495 |