Avropada ilin futbolçusu mükafatının sahibi bəlli olub.
Ən yaxşının adı Çempionlar Liqasının 2021/22 mövsümünün qrup mərhələsinin püşkatması zamanı açıqlanıb.
Jorjinyo (İtaliya, “Çelsi”) ilin oyunçusu adına layiq görülüb. O, Nqolo Kante (Fransa, “Çelsi) və Kevin de Breyneni (Belçika, “Mançester Siti”) qabaqlayıb.
Qeyd edək ki, tədbirdə Çempionlar Liqasında ötən mövsümün qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi və hücumçusu, həmçinin ilin məşqçisi də mükafatlandırılıb.
Tomas Tuxel ilin ən yaxşı məşqçisi olub
Avropada ilin ən yaxşı məşqçinin adı açıqlanıb.
Mükafatın sahibi 2021/22 mövsümünün qrup mərhələsinin püşkatması zamanı elan edilib.
Ən yaxşı adına Tomas Tuxel (Almaniya, “Çelsi”) sahib çıxıb. O, Pep Qvardiola (İspaniya, “Mançester Siti”) və Roberto Mançini (İtaliya, İtaliya milisi) qabaqlayıb.
Qeyd edək ki, tədbirdə Çempionlar Liqasında ötən mövsümün qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi və hücumçusu da seçilib. Ən yaxşı futbolçunun da adı bu gün açıqlanacaq.
.