“World Weather Attributions” qrupunun tədqiqatçıları qlobal iqlim dəyişikliyi səbəbindən Avropada yağış və daşqınların həddindən artıq olacağı barədə xəbərdarlıq ediblər.

Bu barədə BBC məlumat yayıb.

Alimlərin sözlərinə görə, insan fəaliyyətinin səbəb olduğu qlobal istiləşmə Qərbi Avropada bu cür fəlakətlərin olma ehtimalını 1-9 dəfə artırıb. Bu bölgədə yağıntıların miqdarının 3-19 % artdığı qeyd olunur.

Xatırladaq ki, Almaniyada uzun müddət davam edən leysan yağışları səbəbiylə Reyn çayının qolları və bir neçə kiçik çay yatağından çıxaraq ölkənin qərbində və cənub-qərbində daşqınlara səbəb olub.

Bu ərazilərin bərpasının bir neçə il çəkə biləcəyi bildirilir. Son məlumatlara görə, hadisə ilə əlaqədar 170-dən çox adam ölüb, azı 150 nəfər itkin düşüb.

.