Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı müzakirələrin təxirə salınmasını nəzərdə tutan hesabatı qəbul edib.

Türkiyə KİV-i xəbər verir ki, hesabatı 477 deputat dəstəkləyib.
Hesabat Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri tərəfindən hazırlanıb.

Qərara ilk reaksiya Avropa İttifaqı naziri Ömər Çelikdən gəlib. O bildirib ki, Türkiyə bu hesabatı əsla qəbul etməyəcək:
"Təəssüf ki, bu qərar obyektiv deyil, siyasi xarakter daşıyır. Bu sadəcə Aİ Komissiyasının yayımladığı hesabatın Avropa Parlamenti tərəfindən dəyərləndirilməsidir.”
Ö.Çelik qərarın sənədlərinin gəldiyi kimi geri qaytarılacağını deyib. Nazir bildirib ki, AP-nin Türkiyədən tələbi rəhbərliyin türk xalqının iradəsinə laqeyd yanaşmasıdır. Bu qərar Parlamentin antidemokratik mövqeyini ortaya qoyur.
Türkiyənin xarici işlər naziri də Avropa Parlamentində qəbul edilən qərarla bağlı sərt açıqlama yayıb:
"Subyektiv iddialara və günahlandırılmaya əsaslanan bu qərar Avropa Parlamentinin etibarını zəiflədir. Ona görə də bu hesabat Türkiyə rəhbərliyi üçün yox səviyyəsindədir”.

.