Avropa Parlamenti noyabrın 27-də Ukrayna üzrə qətnamə qəbul edib.
Strasburqda Avropa Parlamentinin plenar iclasında sənədin "lehinə" 401, əleyhinə 70 səs verilib, 90 nəfər isə bitərəf qalıb.
Qətnamədə Avropa İttifaqına (Aİ) sülhün əldə edilməsində liderlik nümayiş etdirmək və Avropanın təhlükəsizliyinin təmin edilməsində daha böyük məsuliyyət götürmək çağırışı edilib.
Bundan əlavə, qətnamədə vurğulanıb ki, davamlı sülh yalnız atəşkəsdən sonra və Ukrayna üçün Aİ və ABŞ tərəfindən etibarlı təhlükəsizlik zəmanətləri olduqda mümkündür.
Avropa Parlamenti bəyan edib ki, Rusiya tərəfindən işğal edilmiş yerlər Aİ və üzv dövlətlər tərəfindən Rusiyanın ərazisi kimi tanınmamalıdır və istənilən sülh danışıqları Kiyev və Brüsselin mütləq iştirakı ilə aparılmalıdır.
.
