Avropa Mərkəzi Bankı (ECB) uçot dərəcəsini 0,75% bəndi artırıb. Faizin bu həcmdə artırılması son 24 ildə ilk dəfə qeydə alınıb.

ECB xəbər verir ki, uçot faiz dərəcəsi proqnozlaşdıldığı kimi 0,50%-dən 1,25%-ə qaldırılıb.

Həmçinin, ECB depozit faiz dərəcəsini (bankların mərkəzi bankda saxladıqları əmanətlər üçün ödənilən faiz dərəcəsi) 0%-dən 0,75%-ə, marjinal faiz dərəcəsini isə 0,75%-dən 1,50 %-ə qaldırıb.

Qeyd edək ki, bundan öncəki 21 iyul iclasında Avropa Mərkəzi Bankı uçot faiz dərəcəsini 0.00%-dən 0.50% bəndə qaldırmışdı.

.