İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həbsdə olan dörd erməni vətəndaşına qarşı qeyri-insani hərəkətlərə yol verən Ermənistan hakimiyyətini 71 min avro məbləğində cərimələyib.
AZƏRTAC bildirir ki, Strasburq Məhkəməsi Ermənistan rəsmilərinin özbaşınalığından, məmurların korrupsiyaya qurşanmalarından, prezident Serj Sərkisyanın hakimiyyətə gəlməsindən narazı olan insanların 2008-ci il may ayında keçirdikləri dinc nümayiş zamanı polisin onlara göstərdiyi zorakılıq hərəkətlərini, çoxlu sayda nümayişçinin həbs edilməsini qətiyyətlə pisləyib və bu hadisəni ölkədə insan haqlarının pozulması kimi dəyərləndirib.

.