
Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Iyulun 11-də 43 qarşılaşma keçirilib.
Digər dörd görüşü əvvəlki iki gündə baş tutan ilk oyunlardan ikisi Azərbaycan təmsilçilərinin iştirakı ilə baş tutub. "Səbail” evdə "Universitatya Krayova”ya 2:3 hesabı ilə uduzubsa, "Neftçi” səfərdə "Speranta”nı darmadağın edib – 3:0.
Daha iki qarşılaşma Azərbaycan klubları üçün maraq kəsb edib. Yarışa ikinci mərhələdən başlayacaq "Qəbələ”nin rəqibi böyük ölçüdə müəyyənləşib. "Enqordani” (Andorra) üzərində 6:0 hesablı ev qələbəsi qazanan Tbilisi "Dinamo”sunun mərhələ keçməməsi real deyil.
"Səbail” – "Universitatya” cütünün qalibinin rəqibi də digər qarşılaşmada bəlli olmalıdır. Bu cütdə "Honved" (Macarıstan) öz meydanında "Jalgiris”ə (Vilnüs, Litva) 3:1 hesabı ilə qalib gələrək üstünlük qazanıb.
Qeyd edək ki, cavab oyunları gələn həftə keçiriləcək.
Avropa Liqası
I təsnifat mərhələsi
"Pünik” (Ermənistan) - "Şkupi" (Şimali Makedoniya) – 3:3
"Ordabasi" (Qazaxıstan) - "Torpedo” (Gürcüstan) – 1:0
"Ventspils” (Latviya) - "Teuta" (Albaniya) – 3:0
"Alaşkert" (Ermənistan) - "Makedoniya Qerçe" (Şimali Makedoniya) – 3:1
"Laçi" (Albaniya) - "Hapoel" Beer-Şeva (İsrail) – 1:1
AEK (Kipr) - "Petrokub” (Moldova) – 1:0
"Trans” (Estoniya) - "Buduçnost" (Monteneqro) – 0:2
"Flora” (Estoniya) - "Radniçki" (Serbiya) – 2:0
"Kuopio” (Finlandiya) - "Vitebsk” (Belarus) – 2:0
"Səbail” (Azərbaycan) - "Universitatya" (Rumıniya) – 2:3
"Baltsan" (Malta) - "Domjale" (Sloveniya) – 3:4
"Riterlai" (Litva) - "Klaksvik” (Farer adaları) – 1:1
"Rujomberok" (Slovakiya) - "Levski" (Bolqarıstan) – 0:2
"Akademiya Pandev" (Şimali Makedoniya) - "Zrinski" (Bosniya və Herseqovina) – 0:3
"Brondbü" (Danimarka) - "İnter” (Finlandiya) – 4:1
"Debretsen" (Macarıstan) - "Kukesi" (Albaniya) – 3:0
"Dinamo" (Gürcüstan) - "Enqordani” (Andorra) – 6:0
"Makkabi" Hayfa (İsrail) - "Mura" (Sloveniya) – 2:0
"Speranta" (Moldova) - "Neftçi” (Azərbaycan) – 0:3
"Brann” (Norveç) - "Şemrok Rovers” (İrlandiya) – 2:2
"Jalgiris” (Kaunas, Litva) - "Apollon" (Kipr) – 0:2
"Kruzaders” (Şimali İrlandiya) - "B-36 Torshavn" (Farer adaları) – 2:0
"Liepaya” (Latviya) - "Dinamo” (Belarus) – 1:1
"Malmö” (İsveç) - "Ballumena” (Şimali İrlandiya) – 7:0
"Molde” (Norveç) - "Reykyavik” (İslandiya) – 7:1
"Radnik” (Bosniya və Herseqovina) - "Spartak” (Slovakiya) – 2:0
"Şaxtyor” (Belarus) - "Hibernian” (Malta) – 1:0
"Fola” (Lüksemburq) - "Çixura” (Gürcüstan) – 1:2
"Konnak” (Uels) - "Kilmarnok" (Şotlandiya) – 1:2
"Olimpiya" (Sloveniya) – "Riqa” (Latviya) – 2:3
"Çukariçki" (Serbiya) - "Banants" (Ermənistan) – 3:0
"Styaua", (Rumıniya) - "Milsami” (Moldova) – 2:0
"Zeta" (Monteneqro) - "Vidi” (Macarıstan) – 1:5
"Dunayska Ştreda” (Slovakiya) - "Krakoviya" (Polşa) – 1:1
"Europa” (Cəbəllütariq) - "Legiya"(Polşa) – 0:0
"Aberdin" (Şotlandiya) - "Rovaniemi” (Finlandiya) – 2:1
"Kliftonvill” (Şimali İrlandiya) - "Hoqesun” (Norveç) – 0:1
"Kork Siti” (İrlandiya) - "Progres” (Lüksemburq) – 0:2
"Sent-Patriks” (İrlandiya) - "Norçepinq” (İsveç) – 0:2
"Honved" (Macarıstan) - "Jalgiris” (Vilnüs, Litva) – 3:1
"Şiroki Briyeq” (Bosniya və Herseqovina) - "Kayrat” (Qazaxıstan) – 1:2
"Breydablik” (İslandiya) - "Vaduts” (Lixtenşteyn) – 0:0
"Styarnan” (İslandiya) - "Levadiya” (Estoniya) – 2:1
.