![](/uploads/img/posts/2024/04/27/9f125500-e2c9-3eca-8b89-11c70f274b2e_850jpg-1714195042.jpg)
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen COP29-a dəvət edilib.
Bu barədə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Aİ-Azərbaycan münasibətlərinin bu günü və gələcəyi ilə bağlı dərin fikir mübadiləsinə görə Avropa Komissiyası sədrinin diplomatik müşaviri cənab Fernando Andresen-Qimaraeşə dərin təşəkkürümü bildirirəm. Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə noyabr ayında Bakıda keçiriləcək COP29-da dəvət məktubunu çatdırmaq üçün yaxşı fürsət idi”, - V. Sadıqov qeyd edib.
.