Avropa Komissiyası koronavirus infeksiyası ilə mübarizəyə yönəlmiş 23 innovativ layihənin maliyyələşdirilməsi üçün 128 milyon avro ayırmaq qərarına gəlib.

Bu barədə Komissiyanın bəyanatında deyilir.

Qeyd olunur ki, bu məbləğ Avropa Komissiyasının pandemiya ilə mübarizə çərçivəsində ayırdığı 1,4 milyard avronun tərkib hissəsidir.

Bu layihələrdə 40 ölkədə 347 tədqiqatçı qrupu iştirak edir. Layihələr diaqnostika, müalicə vasitələri və vaksinlərin yaradılmasına, eləcə də tibb texnologiyalarının və xəstəliyin yayılmasına nəzarət üçün rəqəmsal vasitələrin inkişafına yönəldiləcək.

.