Avropa Jurnalistlər Federasiyasının Sarayevoda keçirilən qurultayında ermənilərin əleyhinə bəyanat qəbul edilib.
AzNews.az-ın məlumatına görə, bu barədə Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli məlumat verib. Onun sözlərinə görə, ATV-nin Qarabağ bürosunun əməkdaşı Vicay Vəliyevin cəbhə bölgəsində yaralanmasıqurultayında müzakirə edilib:
"ATV-nin Qarabağ bürosunun əməkdaşı Vicay Vəliyevin cəbhə bölgəsində yaralanması barədə xəbəri Avropa Jurnalistlər Federasiyasının Sarayevoda keçirilən qurultayının müzakirəsinə təqdim etdim. Məruzəmdə Qarabağ müharibəsinin gedişində həyatını itirmiş jurnalistlərimiz barədə də geniş bilgi verdim. Uzun müzakirələrdən sonra Azərbaycan jurnalistinin cəbhə bölgəsində yaralanmasını pisləyən bəyanat qəbul etməsinə nail olduq. Sənəd AFJ qurultayının yekun sənədləri yayılarkən elan ediləcək".
