Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışları üzrə konkret təşəbbüsləri dəstəkləməyə hazırdır.

Bu barədə Brüsseldə keçirilən Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının yekunlarına dair bəyanatda qeyd olunub.

"Şura regional və beynəlxalq məsələləri müzakirə edib. Aİ ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini dəstəklədiyini təsdiqləyib. Aİ münaqişənin aradan qaldırılması və xalqların sülhə hazırlaşmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır", - deyə görüşün yekunları üzrə razılaşdırılmış bəyanatda bildirilib.
.