Ermənistan prezidenti Serj Sarkisyan Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivensin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın "Armenpress”-ə istinadən verdiyi xəbərə görə, Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivensin görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
O bildirib ki, Avropa İttifaqı ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səylərini dəstəkləyir.
.