Almaniyanın Xarici İşlər naziri Hayko Maas bəyan edib ki, koronavirus pandemiyasının ikinci dalğası Avropa İttifaqı daxilində sərhədlərin yenidən bağlanmasına səbəb ola bilər.

Bu barədə “DPA” agentliyi məlumat yayıb.

“Avropa İttifaqının hər hansı bir bölgəsində koronavirus infeksiyasına yoluxanların sayı digərlərinə nisbətdə çox olduqda sərhədlərin yenidən bağlanması mümkündür. Belə bir qərar ümumi səsvermə yolu ilə qəbul edilməlidir”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Klyuqe bildirib ki, son iki həftə ərzində Avropanın 30 ölkəsində infeksiyaya yoluxma hallarında artım müşahidə edilib. 

.