İngiltərənin "Arsenal" klubu mövsümün sonunda futbolçusu Jorjinyo ilə yollarını ayıracaq.

Bu barədə məşhur insayder Fabritsio Romano məlumat paylaşıb.

Yarımmüdafiəçi azad agent kimi London təmsilçisi ilə vidalaşacaq. "Topçular" sözləşmənin uzadılması ilə bağlı oyunçunu razı sala bilməyib.

Qeyd edək ki, Jorjinyo 2023-cü ildən "Arsenal"da çıxış edir. O, 2021-ci ildə İtaliya millisi ilə Avropa çempionu olub.

.