Avropa Birliyi Dağlıq Qarabağdakı vəziyyətin kəskinləşməsini dərhal dayandırmağa və siyasi dialoqa qayıtmağa dair çağırış edib.
Bunu Avropa Şurasının rəhbəri Şarl Mişel AB sammitinin ilk günkü iclasının nəticəsi barədə danışarkən deyib.
“Biz hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq, ATƏT-in Minsk qrupu daxilində siyasi dialoqu bərpa etmək üçün digər beynəlxalq qüvvələrlə birgə bütün səyləri göstəririk. Bu, zorakılığı dayandırmaq üçün yeganə yoldur”, Ş.Mişel belə deyib.
.
