Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının Serbiya - İngiltərə matçında pivə satışına icazə veriləcək.
TASS xəbər verir ki, Almaniya polisi sözügedən oyunda hər iki komandanın azarkeşləri arasında baş verə biləcək iğtişaşları nəzərə alaraq su, qazlı içki və yalnız aşağı spirti olan pivənin satışına icazə verəcək.
Bundan başqa, bir azarkeş yalnız iki içki ala biləcək. Digər matçlarda belə məhdudiyyət yoxdur.
Qeyd edək ki, C qrupunun oyunları çərçivəsində baş tutacaq Serbiya - İngiltərə matçı iyunun 16-sı saat 23:00-da başlayacaq.
.