AVRO-2020-nin İngiltərənin paytaxtı Londonda təşkil olunacaq həlledici matçlarının iştirakçıları bəlli olub.

“Uembli”də baş tutacaq yarımfinal oyunlarına son vəsiqəni İngiltərə qazanıb.

Futbolun yaradıcıları 1/4 finalda Ukrayna üzərində qələbə ilə doğma arenaya qayıtmaq imkanı əldə edib. Qaret Sautqeytin yetirmələri iyulun 7-dəki yarımfinal matçında Danimarka ilə üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bir gün öncə eyni saat və eyni məkanda ilk finalçı bəlli olacaq. Həmin yarımfinalda İtaliya ilə İspaniya görüşəcək.

Qeyd edək ki, iyulun 11-dəki final oyunu da “Uembli”də keçiriləcək.

AVRO-2020
Yarımfinal
6 iyul
23:00. İtaliya – İspaniya
London. “Uembli” stadionu

 

7 iyul
23:00. İngiltərə - Danimarka
London. “Uembli” stadionu

.