Təxminən 2295 nəfər koronavirusa yoluxmuş insan iyulun 11-də Londonda keçirilən futbol üzrə Avropa Çempionatının final oyununda iştirak edib.
Bunu Britaniyanın səhiyyə xidmətinin apardığı araşdırma göstərib.
Ümumilikdə həkimlər təxminən 9 min yoluxma halını Avro-2020 ilə əlaqələndirirlər. Yarımfinal günü, yəni iyulun 7-də ümumilikdə 2092 nəfər həkimlərə müraciət edib, 11 iyul final günü isə bu rəqəm 3404 nəfər olub. Mütəxəssislərin fikrincə, final matçında 2295 xəstə iştirak edib və ehtimal olunur ki, onlar başqalarını da yoluxdurub.
Bildirilir ki, 8 oyundan sonra yoluxan insanların sayı bütün çempionat ərzində (49 gün) ümumi yoluxma halların 85%-ni təşkil edib. Əsas yoluxma isə yarımfinala və finala təsadüf edib.
Qeyd edək ki, finalda İtaliya və İngiltərə yığmaları qarşılaşıb.
.