AVRO-2020-nin qrup mərhələsində II tura start verilib.

Çempionatın 6-cı oyun günündə 3 matç keçirilib.

B qrupunda Rusiya ilə Finlandiya üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. Rusiyalılar turnirdə ilk qələbəsini qazanıb

Digər iki matç A qrupunda keçirilib. Qardaş Türkiyə millisi Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşıb. Hər hissənin sonunda bir qol vuran böyük britaniyalılar Bakıdan 4 xalla ayrılıb. İkinci məğlubiyyətini alan “ay-ulduzlular” ilk iki yerdən birini tutmaq şansını itirib və yalnız 3-cü yerlə 1/8 finala ümid edə bilər.

1/8 finala ilk vəsiqəni isə İtaliya qazanıb. Romada İsveçrəni məğlub edən appeninlilər ardıcıl ikinci qələbə ilə növbəti mərhələyə yüksəlib. Roberto Mançinin yetirmələri son tura qrupda 1-ci yeri tutmaq üçün çıxacaq.

Qeyd edək ki, II tur iyunun 19-da başa çatacaq.

.