AVRO-2020-nin final matçının məkanı dəyişdirilə bilər.
“The Times” nəşrinin məlumatına görə, həlledici qarşılaşmanın Londonda alınıb, Budapeştə verilməsi müzakirə mövzusudur.
İngiltərə hökuməti koronavirus pandemiyası səbəbindən stadiona böyük kütlənin qəbulu üçün zəmanət verməsə, UEFA bu qərarı qəbul edəcək. Çünki Budapeştdə azarkeşlərin tribunalara buraxılması ilə bağlı heç bir məhdudiyyət yoxdur. UEFA artıq Böyük Britaniyanın baş naziri Boris Consona mümkün dəyişiklik barədə məlumat verib və Londondan konkret hərəkət gözləyir.
Qeyd edək ki, AVRO-2020-nin yarımfinal və final görüşlərinin Londondakı “Uembli” stadionunda keçirilməsi nəzərdə tutulub. Həlledici qarşılaşma iyulun 11-də baş tutacaq.
.