Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka - Finlandiya matçı təxirə salınıb.

Buna meydan sahiblərinin futbolçusu Kristian Eriksenin meydanda huşunu itirərək yerə yıxılması və təcili yardım maşını ilə xəstəxanaya aparılması səbəb olub.

Qeyd edək ki,futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka - Finlandiya matçında xoşagəlməz hadisə baş verib.

İlk hissənin sonlarına yaxın meydan sahiblərinin futbolçusu Kristian Eriksen huşunu itirərək yerə yıxılıb. Bundan sonra görüş dayandırılıb.

İlkin ehtimallara görə, yarımmüdafiəçinin ürəyi dayanıb. Bir müddət meydanın içində müalicəsi davam etdirilən Eriksen daha sonra xəstəxanaya aparılıb.

Qarşılaşmada hesab açılmayıb.
 

.