Futbol üzrə Avropa çempionatında C qrupunun ilk oyunu keçirilib.
Rumıniyanın paytaxtı Buxarestdəki Milli Arenada Avstriya və Şimali Makedoniya yığmaları üz-üzə gəlib.
Hesabı 18-ci dəqiqədə Ştefan Layner açıb. Bundan 10 dəqiqədə sonra Qoran Pandev Şimali Makedoniya millisinin mötəbər yarışda ilk qolunu vurub. Lakin 78-ci dəqiqədə Mixael Qreqoriç, 89-cu dəqiqədə isə Marko Arnautoviç fərqlənərək, Avstriya yığmasının 3:1 hesablı qələbəsini təmin edib.
.