Bakıda avtomobildən oğurluq edilib.

Tanınmış menecer, "Ultra” şirkətinin marketinq şöbəsinin rəhbəri Malik Rəşidova məxsus 10 MR 899 dövlət nişanlı "Audi” markalı avtomobilin qabaq yan şüşəsi naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb.

Avtomobilin ön hissəsini qarışdıran şəxslər oradan pul götürərək uzaqlaşıblar.

M.Rəşidov bildirib ki, hadisə yaşadığı binanın həyətində baş verib.

Zərərçəkmiş artıq ikinci dəfədir belə bir hadisə ilə qarşılaşır.İki il əvvəl dəonun avtomobilindən eyni üsulla oğurluq edilib.

.