ATV-də efirə gedən "Bacanaqlar, "Qız atası” və "Qardaşlar” seriallarının yeni mövsüm çarxları yayımlanıb. 

Axşam.az-ın məlumatına görə, "Qardaşlar” ayın 10-da saat 20:00-da, "Qız atası” 21:40-da, "Bacanaqlar isə 11-də saat 21:00-da efirə gedəcək. 

Hər üç serialın baş prodüseri olan aktyor Elməddin Cəfərov ekran işlərində bir çox yenilklərin olduğunu bildirib. O deyib ki, seriallardan bəzi tanınmış simalar uzaqlaşdırılıb. Onlar arasında Qismət obrazını canlandıran Elnur Hüseynov da var. 

Eyni zamanda ekran işlərində bir çox tanınmış simalar da rol alacaq. 





 
.