ATƏT/DTİHB-nin müşahidəçiləri növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət edilib.

Bunu ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşati Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı mətbuata açıqlamasında deyib.

O bildirib ki, əsas məqsəd seçkini müşahidə etməkdir: "Biz burada olduğumuz dövrdə iqtidar, həm müxalifət nümayəndələri ilə, eyni zamanda QHT-lər, bununla yanaşı KİV nümayəndələri ilə də görüşlərimiz olub. Burada məqsəd ölkədəki siyasi mühiti daha yaxşı müşahidə etməkdir. Sizi tam arxayın edirəm ki, müşahidə etdiyimiz hər bir məqam hesabatda əks olunacaq".

Ditmir Buşati əlavə edib ki, onların beynəlxalq müşahidəçiləri bütün regionlarda işlərini davam etdirir.

.