ATƏT-in Parlament Assambleyası (PA) Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk qrupu və onun həmsədrlərinin işinə sadiq qalır.

ATƏT PA-nın mətbuat xidməti verdiyi məlumata görə, bu barədə ATƏT PA-nın prezidenti Giorgi Tsereteli Ermənistana səfəri zamanı bildirib.

ATƏT PA-nın prezidenti həmçinin qeyd edib ki, konkret nəticələrin və irəliləyişlərin əldə olunmasında əsas məsuliyyət tərəflərin siyasi rəhbərliyinin üzərinə düşür.
.