
Haydi Talyavini ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verib.
Yenizaman.az-ın məlumatına görə, bu barədə "TASS”a İsveçrə XİN rəsmi nümayəndəsi Jan Mark Krevuazye bildirib.
Onun sözlərinə görə, Talyavini mandatının tez bir zamanda başa çatmasını istəyir.
"Xanım Talyavini hazırda məsələ ilə bağlı açıqlama vermək istəmir”, deyə Krevuazye bildirib.