ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistana səfərlərinin yekunu olaraq bəyanat yayıblar.

"Report" xəbər verir ki, bəyanatda vasitəçilərin iyulun 3-də ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət haqqında məlumatlandırmaq üçün Vyanaya gedəcəyi qeyd olunub.
Bəyanatda həmçinin vurğulanıb ki, həmsədrlər qarşıdakı iş şərtlərini müzakirə etmək üçün yaxın zamanlarda yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşmək niyyətindədirlər.

.