Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) illik sessiyasının iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmamasından təəssüfləndiklərini bildiriblər və ATƏT-in Minsk qrupunun həmsədrlərini öz səylərini artırmağa çağırıblar.
Bu barədə ATƏT PA-nın 27-ci illik sessiyasının yekunlarına dair qəbul olunmuş "Berlin bəyannaməsi"ndə deyilir.
Həmçinin sessiya iştirakçıları münaqişə tərəflərini təmas xəttində gərginliyin azaldılması üçün əlavə tədbirlər görməyə və dərhal danışıqlara başlamağa çağırıblar.
"Mövcud geosiyasi vəziyyət və qlobal gərginliyin səviyyəsi Ukraynadakı münaqişənin, Dağlıq Qarabağ münaqişəsinin, həmçinin Gürcüstanda və Dnestryanı bölgədəki münaqişələrin həlli ilə bağlı səylərin vacib olduğunu göstərir", - bəyannamədə qeyd olunur.
.
