ATƏT Azərbaycan və Ermənistan arasında sülh prosesini inkişaf etdirmək və hərtərəfli, davamlı nizamlanmaya töhfə vermək üçün yaxşı mövqedədir.

Bunu ATƏT-in Polşa sədrliyindən bildirilib.

“ATƏT-in Polşa sədrliyi Ermənistan və Azərbaycan arasında dialoqun asanlaşdırılmasına yönəlmiş bütün təşəbbüsləri qətiyyətlə dəstəkləyir. Biz çoxtərəfli və inklüziv yanaşmanın zəruriliyinə inanırıq və bütün Cənubi Qafqazda sülh üçün perspektivləri gücləndirmək istəyirik”, - qeyd olunub.

.