Qırğızıstan prezidenti Almazbek Atambayev parlament koalisiyasının dağılmasından sonra hökumətin istefası haqqında fərman imzalayıb.

Yenizaman.az xəbər verir ki, bununla bağlı məlumat prezidentin rəsmi saytında yerləşdirilib.

Məlumatda qeyd edilir ki, baş nazir, onun müavinləri və hökumət üzvləri növbəti seçkilərə qədər vəzifələrinin icrasını davam etdirməlidirlər.

.