Culian Assanc tərəfindən qurulan “WikiLeaks” saytı fəaliyyətini davam etdirəcək.

Bunu Saipan adasındakı (Şimali Mariana Adaları Birliyi) ABŞ Federal Dairə Məhkəməsi Assancı artıq çəkdiyi həbs cəzasına məhkum etdikdən sonra onun vəkili Barri Pollak deyib.

“Wikileaks-in işi davam edəcək və mən şübhə etmirəm ki, cənab Assanc söz azadlığı və şəffaflıq üçün bir qüvvə olaraq qalacaq”, – deyə o bildirib.

Qeyd edək ki, “WikiLeaks”in qurucusu Culian Assanc, azadlığını təmin etmək üçün ABŞ-la bağlanmış müqavilənin bir hissəsi kimi günahını etiraf edib. Bu barədə Associated Press məlumat yayıb.

O, ABŞ-ın Saipan adasında (Şimali Mariana Adaları Birliyi) Federal Dairə Məhkəməsində Amerika hərbi sirlərinin dərc edilməsinə dair vahid cinayət ittihamı üzrə dinləmə zamanı özünü təqsirli bilib.

Prokurorlarla razılaşma Assanca Avstraliyaya qayıtmağa və Amerika həbsxanasında həbsdən yayınmağa imkan verir.

.