
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Ann Brassor hüquq müdafiəçisi Rəsul Cəfərovun 6 il yarım müddətə həbs cəzası almasını pisləyən bəyanatla çıxış edib.
O, Twitterdəki mikrobloqunda yazıb ki, "Azərbaycanda hüquq müdafiəçilərinə qarşı represiyaların davam etməsi vəziyyətin pisləşdiyini göstərir.
Azərbaycanın insan hüquqları, hüquq sisteminin müstəqilliyi və söz azadlığının təminatı məsələlərinin öhdəsindən gələ bilmədiyini görmək çox ağırdır”, - AŞPA sədri bildirib.