Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Paul Qavan (İrlandiya) mayın 19-da Ermənistana səfər edəcək.

Bu barədə AŞPA-nın rəsmi internet saytı məlumat yerləşdirilib.

Xarici İşlər Nazirliyində struktur dəyişikliyi edilib - YENİLƏNİB
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edib
Kreml: Putin Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşmaların alternativsizliyinin tərəfdarıdır
Bildirilib ki, 4 gün davam edəcək səfər çərçivəsində P. Qavan hesabatı üçün Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri barədə məlumat toplayacaq. O, səfər çərçivəsində Ermənistan parlamentinin sədri, münaqişənin humanitar nəticələri ilə məşğul olan müxtəlif nazirliklərin nümayəndələri ilə görüşlər keçirəcək.

Qeyd olunub ki, P. Qavanın eyni zamanda, erməni əsirlərin və itkin düşən şəxslərin ailə üzvləri, qaçqınlar, dini liderlər və Ermənistan Ombudsmanı, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşləri planlaşdırılıb.

Məlumatda qeyd olunub ki, Paul Qavan yayda Azərbaycana səfər edəcək və müvafiq informasiyaları toplayaraq hesabatını payızda tamamlayacaq.
 

.