Bu dəqiqələrdə "Lamiyə işi”ndə əsas fiqurant Aslan Aslanovun evi polis mühasirəsindədir. Kənd təsərrüfatı nazirnin sabiq müavininin Ayna Sultanova heykəli yaxınlığındakı evində qara maskalıların iştirakı ilə axtarış aparılır. 
Bu haqda redaksiyamıza məlumat verən şəxs deyib ki, A.Aslanovun villası qarşısından keçən yol bağlanıb. Hüquq-mühafizə orqanı əməkdaşları ərazidə aparılan tikinti işlərini də dayandırıblar.

Məlumatı hüquq mühafizə orqanlarından dəqiqləşdirməyə çalışırıq.

Musavat.com

.