Asiya İnkişaf Bankı (AİB) bu günə qədər Azərbaycana 65 dövlət sektoru üzrə kredit, qrant və texniki dəstək üçün 3,7 milyard dollar yardım ayırıb.

AİB xəbər verir ki, Azərbaycana verilən ümumi kreditlərin həcmi 3,93 milyard dollar təşkil edib. Bunlar müntəzəm və güzəştli adi kapital resursları hesabına maliyyələşdirilib. AİB-in Azərbaycanda davam edən cari portfelinə 856,8 milyon ABŞ dolları dəyərində 2 kredit və 1 suveren zəmanət daxildir.

Asiya İnkişaf Bankının Azərbaycanda əsas podratçıları məlum olub

Asiya İnkişaf Bankının (AİB) 2017-2021-ci illər üzrə Azərbaycanda icra etdiyi layihələrdə əsas podratçılar məlum olub.

AİB xəbər verir ki, nəqliyyat və enerji layihələrinin icrasına görə “Akkord Industry Construction” şirkətinə 95.37 milyon dollar, “Akelik Group”a su və digər infrastruktur layihələrinin icrası üzrə 52.90 milyon dollar ayrılıb.

AİB-in nəqliyyat layihələri üzrə əsas podratçıları “Azvirt” MMC (48.28 milyon dollar) və Türkiyənin “Kolin Inşaat Turizm Sanayi Ve Ticaret A.Ş.” şirkəti (44.12 milyon dollar) olub.

“Retro Holding” MMC-nin icra etdiyi enerji layihələrinin dəyəri isə 40.08 milyon dollar təşkil edib.

.